Okaber - Aforoz (with Ali Khayyam) Lyrics video free download


14,666
Duration: 04:03
Uploaded: 2014/05/09

Fb - https://www.facebook.com/lyricsofokaber

Okaber - Aforoz (with Ali Khayyam) Lyrics

Ali Khayyam:

Yandırın mənim leşimi.

Mənim torpağımın ehtiyacım yox daha o murdarlığına.

Xoşbəxtlik görəsən, neçə kisə qızıladır Adəmoğlunun,

Mənim gülüşlərim daha çox sən idin halbuki.

Bəs bu necə? Bəsdi edamıma?

Günəş parıldayaraq işıq saçır,

Mən doğumumdan bu yana sevgi və günah saçıram,

Batır məni Allah.

Mənim anam mənə axıtdığı göz yaşları ilə dar ağacımı yetişdirirdi,

Atam ölüb gedərkən bilinməyən bir tanrının yanına

Adımın o tərəfinə bir soyadı hədiyyə edirdi.

Və amma hər səhər yalnız oyanıram,

Mən hər şeirdən sonra ağlayıram,

Axıb gedirəm hər dəfə sanki yağışam.

Gözlərimin kədərini gizlətsin Tanrı gülüşlərlə,

Qaranlıq deyiləm mən Tanrı, itmirəm hər çıxan günəşinlə.

Ruzi-niyaz içində olaram, ruhum deyil sakit,

İnkar etsəm də tanrıya inanıram, lakin

Tükənmiş səbrimin lüğətsizliyi lal edir.

Və dilimin iki şeirlik halı var, tükənmədən əvvəl,

Tanrı yaratdıqlarını sevir, həqiqət idi bu,

Amma məni yaratmamışdan əvvəl.

Mən bir həqiqətəm, məni kafirlər silmir,

Amma saçım saqqalıma qarışıb, buna maneə ola bilmir.

Gəlir ən gözəl qadın qoynuna girir,

Sevir səni, sənə sevmək öyrədir,

Nə olsun?! bir gün rədd olub gedir!

Okaber:

Bu əsərlərə dramatikliyi bəxş edən cəsədlər,

Gecələr qan ağlayanda, açılmır səhərlər.

O mövzulara qayıtmağını istəmirəm dost,

Həyatdan küs, fikirlərim alt-üst.

Ruhuma əzab verilirdi, döyülürdü,

Hədəfdə tutulub qalmış ümidlərimi söyürdüm.

Evtanaziyadan sonra canlanmıram,

Sizin inandığınız Allahlara inanmıram!

Əbədiyyətə qovuşmaq üçün tapıram izlərini,

Mən Tanrını sevirəm, _O_ isə alır əzizlərimi.

İnsanla adam arasında böyük fərqi anladım,

Amma nə insanlar anladı məni, nə adamlar.

Səhər səhv addıma görə gecələr özümü danladım,

Amma nə gündüzlər anladı məni, nə axşamlar.

Sənə kim dedi ki, mən ağıllıyam? Bitməz daha üsyanım,

Amma heç bir vəziyyətdə olmayıb Allaha üsyanım.

Dəmir eyvanlardan baxır, katorqa heyvanları,

Qeyd anları aparılır, qanlı meydanların.

Şairlərə _fars_ damğası vurub öldürdülər onları

Bizdə isə hər il Kərbəla titrədir regionları.

Sünni, şiə, terror qışqırır media, bazar,

Hər cümə namazından sonra mərdimazar.

Mənim qəlbim azar tutub yazar dərdi, yazar,

Mənim sətrim üzər səni, qazar qəbri, qazar.

Ali Khayyam:

Biz nə dar ağacında rastlaşdıq səninlə nə də sürgündə.

Biz nə eyni qadını sevdik səninlə, nə də güllə yaramız var.

Biz heç bir yerdə erməni başı belə kəsməmişik.

Biz heç qışqırmamışıq səngərdə söyməmişik düşmənin var-yoxunu.

Biz heç bir yerdə namaz qılmamışıq, alnımız möhürə dəyməyib.

Asacaqlar şairi, _kafir_ damğası vuracaqlar,

Asacaqlar bizləri, Allahın verdiyi canı onlar alacaqlar.

Asacaqlar bizi, bizə yaraşdırmayacaqlar getməyi,

Asacaqlar səni də dostum, kafirlə dostluq ucbatından.

Taxta oyuncaqlar asacaqlar Xəzərin qatilləri adından.

Bir-iki şeir yazmadığım üçün qafiyələrimin xətrinə bağışla.

Oyunu bitib qutuya qoyarkən oyunçuları Tanrı,

Bir-iki oyunçuyuq qutun arxasında unudulan.

Bir-iki mürtəd var qarşımda halbuki,

Anlamadıqları üçün üstün bilər səndən.

Ey Tanrı, sən ki ədalət, nur içində haqlarını payladın,

Axı bəs mən? Cümləsini cümləsinə bağırdıq deyə inkarı,

Adımızı qoymaq olarmı _kafir_?

Əgər bir iki şairdisə dahi yalnızca,

Gəl tanış olaq, salam, mən dəli!

Okaber - Aforoz (with Ali Khayyam) Lyrics

Okaber - Aforoz Lyrics

Okaber - Aforoz (with Ali Khayyam)

Okaber - Aforoz

Comments

6 years ago

Eltac Əsədzadə

Okaberin girşiyle başlayan musiqinin uyumu

6 years ago

Orxan Qehremano

Arxa fon musiqisi?

6 years ago

Fleur de Lys

İslamda aforoz yoxdur.

6 years ago

morbid

bu qedermi bir mahni insananin damarina isleyer

6 years ago

Ayberk Tiras

Asacaqlar şairi, kafir damğası vuracaqlar,Asacaqlar bizləri, Allahın verdiyi canı onlar alacaqlar.Asacaqlar bizi, bizə yaraşdırmayacaqlar getməyi,Asacaqlar səni də dostum, kafirlə dostluq ucbatından.Taxta oyuncaqlar asacaqlar Xəzərin qatilləri adından.

6 years ago

Lykia Neon

inanmıyomu allaha

9 years ago

Don Z

dao murdarlığı*

9 years ago

Ferid Muxtarov

Men tanrini sevirem, o ise alir ezizlerimi :/

Related Videos